Süni havalandırma ilə bağlı məhdudiyyət tətbiq edilə bilər
“İctimai nəqliyyatda və ya ictimai iaşə obyektlərində havanı içəridən sirkulasiya edən havalandırma sistemələri varsa, orada məhdudiyyət tətbiq edilməlidir".
Sabah.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
TƏBİB sədri bildirib ki, bu, yoluxma hallarını artmasına səbəb olur:
“Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparılıb və müəyyən qaydalar üzərində çalışılır. Hələ ki, dözülməz isti yoxdur. Ancaq irəlidə bu baş verə bilər. Yaxın gələcək üçün bununla bağlı növbəti qərarlar hazırlanacaq və qaydalar qəbul ediləcək”.
Daha çox