Bu şəxslər həftəsonu öz avtomobillərindən istifadə edə biləcəklər

ÖLKƏ
19:24
9 İyun 2020
139

14-16 iyun tarixlərində küçəyə çıxma qadağasının tətbiqi zamanı hərəkətinə icazə verilən şəxslərin şəxsi avtomobillərindən istifadəsinə icazə veriləcək.

Sabah.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

Qeyd edək ki, 6-8 iyun tarixlərində tətbiq edilən karantin zamanı şəxsi avtomobillərin istifadəsinə icazə verilməmişdi.

Yaxın qohumlarının dəfnində iştirak etməsinə icazə verilən şəxslər də şəxsi avtomobillərindən istifadə edə biləcəklər.

Xəbər lenti