Liftdə koronavirusdan necə qorunaq?
TƏBİB liftdən istifadə qaydaları ilə bağlı vətəndaşlara müraciət edib.
Sabah.az xəbər verir ki, qurum “COVID-19” infeksiyasından qorunmaq üçün iş yerlərində, müxtəlif ofis binalarında və restoranlarda liftdən istifadə edərkən aşağıdakılara riayət etməyə çağırıb:
- Lift növbəsində və liftin içərisində fiziki məsafəni qoruyun;
- Maska taxın;
- Əgər liftdə çox insan varsa, minməyin, növbəti gedişi gözləyin;
- Lift daxilində üz-üzə durmamağa və söhbət etməməyə çalışın.
Daha çox