Bakıda qayınata və kürəkənə bıçaqlı hücum

HADİSƏ
00:12
18 Fevral 2020
45

Bakının Xəzər rayonunda iki nəfəri bıçaqlayıblar.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Yeni Binə yaşayış massivində 1965-ci il təvəllüdlü Həsənov Azər Vəlixan oğlu və onun kürəkəni Əhmədov Elçin Mikayıl oğlu küçədə gedərkən naməlum şəxslər avtomobildən düşərək onlarla əlbəyaxa dava edib. Nəticədə A.Həsənov və E.Əhmədov bıçaqlanıb.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti