Çalhanoğlu rəsmən “Şalke”də

İDMAN
00:22
9 İyun 2020
77

"Hoffenhaym"ın yetirməsi Kerim Çalhanoğlu digər Almaniya klubu "Şalke"yə transfer olunub.

Sabah.az xəbər verir ki, bu barədə 17 yaşlı yarımmüdafiəçi özünün "İnstaqram" hesabında məlumat verib. Alman mətbuatı türk oyunçu ilə 4 illik müqavilə imzalandığını yazıb.

Qeyd edək ki, K.Çalhanoğlu Türkiyə millisinin və "Milan"ın futbolçusu Hakan Çalhanoğlunun əmisi oğludur.

Xatırladaq ki, K.Çalhanoğlu bu mövsüm Bundesliqa U-19 liqasında 18 matçda 2 qol vurub, 4 qolun ötürməsini verib.

Xəbər lenti