Bu qəsəbədə koronavirusa yoluxanların sayı artır - Video

GÜNDƏM
22:20
8 İyun 2020
175

Abşeron rayonunda koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə olunub.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, ən çox yayılma riski olan Qobu qəsəbəsində ümumilikdə 24 nəfərdə virus aşkarlanıb. Təkcə ötən gün bir ailənin 6 üzvü COVID 19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları mövcud vəziyyəti tam nəzarətə götürüblər.

Abşeron rayon İcra Hakimiyyəti başçısının Qobu qəsəbəsi üzrə İcra nümayəndəsi Eldar Əhmədov bildirib ki, Qobu qəsəbəsində sakinlərlə maariflədnirici söhbətlər aparılıb və onlara evlərində qalmaları tövsiyyə olunub.
 
Hazırda Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları mövcud vəziyyəti tam nəzarətə götürüblər.

Abşeron rayon Səhiyyə şöbəsindən verilən məlumata görə, Qobu qəsəbəsində bu günə kimi, 24 nəfər Kornavirus pandemisyasına yoluxub ki, onlardan 18 nəfər müalicə olunaraq sağalıb. Ən son yoluxan 6 nəfər isə bir ailənin üzvləridir. Ümumi analizin cavabına əsasən koronavirus xəstəsi sayılan 6 nəfərdən 3-nün vəziyyəti orta ağır, 3-nünkü isə stabildir.

Xəbər lenti