Karantin cərimələri ilə bağlı qərar verildi

GÜNDƏM
21:31
8 İyun 2020
261

Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edib.

Sabah.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatının 1.4.3.1.1.2-ci yarımmaddəsi aşağıdakı redaksiyada verilib:

1 4 3 1 1 2 Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə

Bununla da büdcə gəlirlərinə bundan sonra sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimələrlə yanaşı, karantin rejiminin pozulmasına görə cərimələr də daxil olacaq.

Xəbər lenti