Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Bu gün Azərbaycanda koronavirusla bağlı daha 3 515 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə iyunun 8-nə açıqlanan statistikada qeyd olunub.
Bildirilib ki, indiyə kimi ölkədə 343 391 test edilib və 7 876 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 4 377 nəfəri sağalıb, 93-ü dünyasını dəyişib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 323 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər vəfat edib, 228 xəstə sağalıb.
Daha çox