Daha bir bazar yandı - Fotolar
Göyçay rayonunda bazar ərazisində yanğın baş verib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində qeydə alınıb.
"Göyçay-Bazar" ASC-nin ərazisində yerləşən geyim əşyaları mağazaları və meyvə-tərəvəz mallarının satışı piştaxtalarının olduğu ərazidə baş verən yanğının söndürülməsinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Bir müddət sonra yanğın söndülüb.
Hadisə zamanı ümumi sahəsi 100 kvadratmetr olan 5 mağaza yanıb, 2400 kvadratmetr ərazi alovdan mühafizə edilib, yanğının genişlənməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Mağaza sahiblərinə xeyli maddi ziyan dəyib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Daha çox