TƏBİB işdən nazad olunan direktorla bağlı açıqlama yaydı

XƏBƏR
18:08
8 İyun 2020
61

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Bərdə Müalicə-Diaqnostika Mərkəzi” publik-hüquqi şəxsin direktorunun işdən azad olunması ilə bağlı açıqlama yayıb.

Sabah.az xəbər verir ki, TƏBİB-dən yayılan açıqlamada deyilir:

"Bəzi xəbər portallarında “Bərdə Müalicə-Diaqnostika Mərkəzi” publik-hüquqi şəxsin direktoru Həsən Fərman oğlu Hüseynovun guya karantin rejiminin tələblərini pozduğu və tibb müəssisəsi daxilində kütləvi yoluxmalara yol verdiyi səbəbindən TƏBİB tərəfindən işdən azad olunduğu bildirilib. Məsələ ilə bağlı bildiririk ki, qeyd edilənlər həqiqəti əks etdirmir və direktor H.Hüseynov digər vəzifəyə keçirilməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib.

Bir daha bütün kütləvi informasiya vasitələrinin nümayəndələrindən xəbər hazırlayarkən diqqətli olmalarını və rəsmi mövqe olmadan məlumatı ictimailəşdirməməyi xahiş edirik".

Xəbər lenti