Məşhur qapıçı prezidentliyə namizəd olacaq - Qərar verdi

İDMAN
23:19
17 Fevral 2020
65

Portuqaliyanın "Portu" klubunun qapıçısı İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olacağını təsdiqləyib.

Sabah.az xəbər verir ki, bu barədə ispan qolkiper sosial şəbəkələrdəki hesabında yazıb. 38 yaşlı dünyaca məşhur qapıçı bu qərarını "Portu" rəhbərliyinə bildirdiyini də vurğulayıb.

Beləliklə, İ.Kasilyas seçkilərdə hazırkı prezident Luis Rubialesə rəqib olacaq.

Qeyd edək ki, seçkilər bu ilin payızında keçiriləcək.

Xəbər lenti