Qadağadan sonra çörəklə dolu zibil yeşikləri... - Fotolar

ÖLKƏ
16:13
8 İyun 2020
109

Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində  6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək marketlərin fəaliyyət göstərməməsi qərarın qüvvəyə mindiyi gündən bir gecə öncə xoş olmayan mənzərələrə səbəb olmuşdu. Belə ki, vətəndaşlar iki günlük çörək ehtiyaclarını qarşılamaq üçün marketlərə axın edərək özləri üçün tədarük görmüşdülər.

Sabah.az xəbər verir ki, bu gün artıq sözügedən qadağa başa çatıb. Lakin bununla da həmin 4 şəhər və rayonda acınacaqlı görüntülər ortaya çıxıb. Vətəndaşların qadağa dövründə dava-dalaşla aldıqları çörəklər zibil yeşiklərinə tullanıb.

Fotolar News24.az-a məxsusdur.

Xəbər lenti