Bərdədə 22 yaşlı epilepsiya xəstəsi yanaraq öldü
22:57
17 Fevral 2020
62Bərdə rayonunda gənc oğlan faciəli şəkildə ölüb.
Sabah.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Kələntərli kəndində baş verib.
Kənd sakini, 1998-ci il təvəllüdlü epilepsiya xəstəsi İsgəndərov Elməddin İsgəndər oğlu yaşadığı evdə yatdığı vaxt epilepsiya tutub. O, xəstəliyin təsirindən otaqda çarpayısının yanındakı yanan qaz sobasının üstünə düşərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Daha çox