Eyvanda kabab bişirmək istədi, yanğın baş verdi - Video

HADİSƏ
00:15
7 İyun 2020
120

Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə “AAAF Park” yaşayış kompleksinin 23-cü küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, ev yiyəsi mənzilin eyvanında kabab bişirmək üçün manqal qoyub. Ani diqqətsizlik yanğının baş verməsinə səbəb olub.

Yanğın bina sakinlərinin köməkliyi ilə söndürülüb.

Xəbər lenti