“Barselona” 100 milyon avroluq təklifi rədd etdi

İDMAN
23:57
6 İyun 2020
88

İspaniyanın "Barselona" klubu futbolçusu Ansu Fati üçün Avropanın nəhəng klublarının birindən təklif alıb.

Sabah.az sport.es-ə istinadən xəbər verir ki, ancaq Kataloniya təmsilçisinin prezidenti Jozep Bartomeu 17 yaşlı yarımmüdafiəçi üçün göndərilən 100 milyon avroluq təklifi rədd edib.

Bartomeu bu qərarını klub nümayəndələrinə videokonfrans vasitəsi ilə bildirib: "Fati satılmır və bu mövzü müzakirə edilmir".

Qeyd edək ki, Fati bu mövsüm La Liqada 16 matçda 4 qol vurub.

Xəbər lenti