TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
Bu gün Azərbaycanda koronavirusla bağlı daha 6 478 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 6-na açıqladığı statistikada qeyd olunub.
Bildirilib ki, indiyə kimi ölkədə 334 863 test edilib və 7 239 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 4 024 nəfəri sağalıb, 84-ü dünyasını dəyişib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 379 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib, 153 xəstə sağalıb.
Daha çox