Meşədə narkotik maddə yetişdirən şəxslər tutuldu

XƏBƏR
18:56
6 İyun 2020
50

Meşədə narkotik maddə yetişdirən şəxslər saxlanılıb.

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Candahar kəndi ərazisində yerləşən meşəlik ərazidə narkotik tərkibli bitkilər yetişdirən iki şəxs saxlanılıb.

Araşdırmalarla onların Elnur Əzimov və Yalçın Yusifov olduqları müəyyənləşdirilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, çətənə kollarını şəxsi istifadələri üçün cari ilin mart ayında əkdiklərini və xüsusi aqrotexniki qaydada qulluq edərək yetişdirdiklərini bildiriblər.

Polis əməkdaşları tərəfindən həmin şəxslər tərəfindən yetişdirilmiş hündürlüyü 12-75 sm olan 19 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb və bioloji ekspertizaya təqdim olunub.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Xəbər lenti