Aydın Mirzəzadənin yaxın qohumu koronavirusdan öldü

GÜNDƏM
15:46
6 İyun 2020
166

Milli Məclisin deputatı Aydın Mirzəzadənin əmisi qızı koronavirusdan vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə "Report"a deputatın özü məlumat verib.

Onun sözlərinə görə, 64 yaşlı əmisi qızı dünən koronavirusdan ölüb:

"Üç gün temperaturla gəzib, hesab edib ki, soyuq dəyib. Onu Goranboyda olan xəstəxanaların birində iki gün süni nəfəs aparatına qoşsalar da, həkimlər həyatını xilas edə bilmədilər. Özündən başqa ailəsindən daha dörd nəfər klinikada koronavirusdan müalicə alır və ananın vəfatından xəbərləri yoxdur".

 

Xəbər lenti