Paytaxtın tıxaclı yolları bomboş... - Fotolar

GÜNDƏM
13:50
6 İyun 2020
103

Adətən tıxac müşahidə olunan paytaxt yollarının bu gün boş olmasını əks etdirən fotolar sosial mediada diqqət çəkib.

Sabah.az xəbər verir ki, həmin fotoları BNA-nın mətbuat katibi Mais Ağayev paylaşıb.

Belə ki, həftəsonu şəxsi avtomobillərin hərəkətinə qoyulmuş qadağa Bakının prospekt və yollarının tam boşalmasına səbəb olub. 

Qeyd edək ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib

Xəbər lenti