Yer dəyişməyə sənəd qəbulu başa çatdı - Neçə müəllimin ərizəsi təsdiqləndi?

XƏBƏR
12:38
6 İyun 2020
286

İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.

Sabah.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 10068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6871 nəfəri elektron ərizəsini təsdiq edib.

Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Xəbər lenti