Karantin qaydalarını pozan çörək sexi aşkarlandı - Fotolar
Gəncə şəhərində sərtləşdirilmiş karantin rejiminin olmasına baxmayaraq şəhərin Nizami rayonunda çörək sexi fəaliyyətə başlayıb.
Sabah.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandırıb.
Obyekt sahibi və işçilər barəsində qanunamüvafiq tədbirlər görüb.
Xatırladaq ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib.
Daha çox