“İki gün əvvəl 40 yaşlı xəstəmizi itirdik” - Video

ÖLKƏ
11:30
6 İyun 2020
165

Karantin qaydalarının yumşalması Azərbaycanda koronovirusla bağlı statistikanın artmasına səbəb olub. Belə ki, pandemiyadan ölənlərin sayı 82 nəfərə çatıb, 2 907 xəstənin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Sabah.az xəbər verir ki, İctimai Televiziya bu məqamda pandemiyadan müalicə olunan xəstələrdən növbəti reportaj hazırlayıb.

Xəstəxananın reanimasiya şöbəsinin müdiri həkim Gülarə Abbasova reanimasiyaya yerləşdirilən xəstələrin sayının artdığını və virusun artıq yaşa baxmadığını bildirib:

“İki gün əvvəl 40 yaşlı xəstəmizi itirdik. Artıq bu xəstəlik yaşa baxmır. İmmun plaza köçürülən 1 xəstəmizin həyatı xilas edilib, digər iki xəstəmizi isə itirmişik”.

Xəstəxananın reanimasiya şöbəsinin müdiri Cavid Paşayev isə ən çox zədələnən orqanların ağciyər və böyrəklər olduğunu bildirib. Öskürək, hava çatışmazlığı, halsızlıq kimi simptomlarla xəstəxanaya müraciət edən xəstələrdə digər bir zədə alan orqan beyindir.

Xəbər lenti