Dayı-bacıoğu arasında qanlı dava - Bıçaqlandı

HADİSƏ
22:47
5 İyun 2020
88

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şahsevərlər küçəsində qeydə alınıb.

1969-cu il təvəllüdlü Vüqar Məmmədov kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, V.Məmmədovu bacısı oğlu bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti