Azərbaycanda koronavirusla bağlı son vəziyyət

GÜNDƏM
21:36
5 İyun 2020
109

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 5 811 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 5-nə açıqladığı statistikada qeyd olunub.

Bildirilib ki, indiyə kimi ölkədə 328 385 test edilib və 6 860 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 3 871 nəfəri sağalıb, 82-si dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 338 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər vəfat edib, 134 xəstə sağalıb.

Xəbər lenti