Ali məktəblərə qəbul imtahanında dəyişiklik oldu

ÖLKƏ
20:37
17 Fevral 2020
121

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

Sabah.az xəbər verir ki, dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alınıb.

Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan vermələri üçün imtahan müddətinin vaxtı 1 saat 30 dəqiqəyədək artırılıb.

Qeyd edək ki, əvvəlki qərara əsasən həmin imtahanın davametmə müddəti 45 dəqiqə idi.

Xəbər lenti