Bu qəsəbəyə şəhər statusu verilir

ÖLKƏ
19:54
5 İyun 2020
429

“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi Babək rayonunun Nehrəm və Cəhri kəndlərinə qəsəbə statusu verilməsini nəzərdə tutur.

Sabah.az xəbər verir ki, bunu APA-ya açıqlamasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Bundan başqa, layihədə Babək rayonunun mərkəzi olan Babək qəsəbəsinə şəhər statusunun verilməsi təklif olunur.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi iyunun 8-də parlamentin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti