“Benfika” azarkeşləri bu dəfə futbolçuların evlərinə hücum çəkdi

İDMAN
19:40
5 İyun 2020
103

Komandanın avtobusuna hücum edən Portuqaliyanın "Benfika" klubunun azarkeşləri bu dəfə futbolçuların evlərini hədəfə alıblar.

Sabah.az "Tribuna Expresso"ya istinadən xəbər verir ki, onlar sprey boyalarla oyunçuların evlərinin divarlarına müxtəlif təhqir dolu sözlər yazıblar. Xüsusən də Portuqaliya millisinin futbolçusu Pizziyə məxsus mənzilə ciddi ziyan dəyib. Baş məşqçi Bruno Laqenin də evinin divarlarına təhdid dolu mesajlar yazılıb.

Qeyd edək ki, Portuqaliya çempionatının 25-ci turunda doğma meydanda “Tondela”ya qalib gələ bilmədiyi (0:0) üçün “Benfika” azarkeşləri əvvəlcə komandanın avtobusuna hücum ediblər.

Xəbər lenti