Türkiyədən 144 azərbaycanlı ölkəyə gətirildi - Fotolar
Bu gün Azərbaycanın milli aviadaşıyıcısı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Türkiyənin paytaxtı Ankaradan Bakıya çarter reysi həyata keçirib.
Sabah.az xəbər verir ki, bu barədə AZAL-dan məlimat verilib.
Bildirilib ki, həmin reyslə 144 nəfər ölkə vətəndaşı vətənə qaytarılıb. Bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.
Daha çox