Sabahın hava proqnozu

ÖLKƏ
14:44
5 İyun 2020
106

6 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz  50-60 faiz təşkil edəcək.  

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında  arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da  bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti