Ronaldo sürətini artırmaq üçün bunu da etdi
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo növbəti dəfə diqqət mərkəzinə düşüb.
Sabah.az "Tuttsport"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu komandasının məşqində reqbi butsunun şiplərinin olduğu buts geyinib. Bildirilib ki, portuqaliyalı ounçu sürətini artırmaq və qazonda daha yaxşı hərəkət etmək üçün bu addımı atıb.
Bundan əvvəl oxşar dəyişikliyi fevralın 19-u Fransa çempionatında maksimum sürətə görə (36.8 km) yeni rekord qıran "Monpelye"nin hücumçusu Andi Delor edib.
Qeyd olunub ki, Ronaldonun İtaliya kubokunda "Milan"a qarşı matçların şiplərin olduğu butslardan istifadə edib-etməyəcəyi bilinmir.
Daha çox