Dieqo Kosta haqda həbs qərarı verildi

İDMAN
22:45
4 İyun 2020
73

Vergidən yayınmaqda ittiham olunan İspaniyanın “Atletiko” klubunun hücumçusu Dieqo Kostanın məhkəmə iclası olub.

Sabah.az ispan mətbuatına istinadən xəbər verir ki, məhkəmədə 31 yaşlı futbolçu haqda 6 aylıq həbs qərarı verilib.

Lakin İspaniya qanuna əsasən həbs cəzası iki ildən az olarsa, müttəhim pul cəriməsi ilə azadlığa buraxıla bilər. Kosta da 540 min avro cərimə ödəyərək həbsdən azad olunacaq.

Xatırladaq ki, ispaniyalı hücumçu 2014-cü ildə imic hüquqları qazancından 1,37 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunur.

Xəbər lenti