Azərbaycanda koronavirusla bağlı son vəziyyət

GÜNDƏM
21:36
4 İyun 2020
88

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 7 047 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 4-nə açıqladığı statistikada qeyd olunub.

Bildirilib ki, indiyə kimi ölkədə 322 574 test edilib və 6 522 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 3 737 nəfəri sağalıb, 78-si dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 262 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib, 72 xəstə sağalıb.

Xəbər lenti