Miqrasiya Xidmətinə müraciət etmək istəyənlərin nəzərinə
Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı, Gəncə və Lənkəran regional miqrasiya idarələrinin fəaliyyəti 5 iyun saat 14.00-dan 8 iyun saat 9.00-a kimi məhdudlaşdırılır.
Sabah.az xəbər verir ki, bu barədə sözügedən qurumdan məlumat verilib.
Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq göstərilən müddətdə müraciətlər yalnız elektron qaydada DMX-nin rəsmi internet saytı (migration.gov.az) və yaxud MİGAZ mobil tətbiqi üzərindən qəbul olunacaq. Vətəndaşlar onları maraqlandıran sualları Xidmətin rəsmi internet saytındakı onlayn bələdçi vasitəsilə ünvanlaya bilər.
Daha çox