“Mançester Siti” və “Real”ın futbolçuları Azərbaycan Qran-Prisində
İyunun 7-də Bakı şəhər halqasında virtual Formula 1 Azərbaycan Qran-Prisi keçiriləcək.
Sabah.az “Azərtac”a istinadən xəbər verir ki, Serxio Peres və Pyer Qaslinin virtual dünya çempionatında debütü məhz Azərbaycan Qran-Prisinə təsadüf edəcək. Onlarla yanaşı, yürüşdə Aleks Albon, Antonio Covinatsi, Nikolas Latifi, Şarl Lekler və Lando Norris güclərini sınayacaqlar. Həmçinin Dakar rallisinin sabiq çempionu Mattias Valkner da iştirakçılar arasında yer alacaq.
Qran-Pridə İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Aymerik Laporte, İtaliyanın “Milan” komandasının qapıçısı Canluici Donnarumma, İspaniyanın “Real” (Madrid) komandasının qolkiperi Tibo Kurtua da birincilik uğrunda yarışacaqlar.
Yarış Formula 1-in “YouTube”, “Twitch”, “Facebook”, həmçinin tərəfdaş telekanallar vasitəsilə yayımlanacaq.
Daha çox