DSX Keşikçidağdakı vəziyyətlə bağlı məlumat yaydı

ÖLKƏ
19:16
4 İyun 2020
50

Dövlət Sərhəd Xidməti (DSX) Keşikçidağdakı vəziyyətlə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, məlumatda deyilir?

“Xəbər verdiyimiz kimi, “Keşikçi-dağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstan Respublikasının bir qrup vətəndaşı tərəfindən 4 iyun 2020-ci il tarixində dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlanlaşdırıldığına dair məlumatlar əldə olununub.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan–Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb.

Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıbdır”.

Xəbər lenti