“Guya başqa xəstəlikdən ölənə “COVID-19” arayışı verilir”

GÜNDƏM
17:50
4 İyun 2020
155

“Bəzi sosial şəbəkələrdə yayılan şayiələr vətəndaşlarımızda inamsızlığa səbəb olur”.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu şayiələrdən biri hər hansı xəstəlikdən vəfat etmiş şəxsə “COVID-19” diaqnozunun qoyulması ilə bağlıdır:

“Guya təcili tibbi yardım həkimləri və ya digər tibb işçiləri hansısa xəstəlikdən vəfat etmiş şəxslərin ölüm səbəblərinin “COVID-19” kimi qeyd olunması ilə bağlı arayış verməyi təklif edirlər. Müvafiq qurumlar və bizim tərəfimizdən bunlar araşdırılıb. Tamamilə şayiə xarakteri daşıyır. Biz ilk gündən şəffaf çalışırıq. Kiməsə “COVID-19” diaqnozunun qoyulması asan məsələ deyil”.

Xəbər lenti