Bakıda marşrut avtobusu partlayaraq alov aldı - Video
23:34
3 İyun 2020
203Bakıda Aeroport yolundan Bakıxanov istiqamətinə gedən yolda nəqliyyat vasitəsi yanıb.
Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, yanğın partlayışdan sonra başlayıb.
FHN-nin mətbuat katibi Gülçin Mehdiyeva bildirib ki, 208 saylı sərnişin avtobusu qaraja gedərkən alışıb. Avtobus boş olub. Yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb. Xəsarət alan yoxdur.


Daha çox