Həftəsonu keçiriləcək imtahanların vaxtı dəyişdiriləcək?
“Həftəsonu buraxılış imtahanları narıncı zonada, birinci klastrda keçirilməlidirsə, həmin imtahanların vaxtı dəyişdirilə bilər”.
Sabah.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R.Bayramlı deyib ki, bu barədə bu günlərdə yekun qərar veriləcək.
Xatırladaq ki, iyunun 6-7-si üçün XI və IX sinif üzrə buraxılış imtahanlarının keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, narıncı zonaya Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron daxildir.
Daha çox