Metroda polisə tabe olmayan 5 nəfərlə bağlı cinayət işi başlanıldı

ÖLKƏ
19:22
3 İyun 2020
292

Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar.

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanmış, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti