"Sabah" paraqvaylı hücumçu ilə müqaviləni uzatdı

İDMAN
16:12
3 İyun 2020
53

“Sabah” hücumçusu Xulio Rodriqeslə yeni müqavilə bağlayıb.

Sabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sözləşməyə əsasən, paraqvaylı hücumçu daha bir il "Sabah"ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, 29 yaşlı futbolçu “Sabah”a bu ilin yanvar ayında transfer olunub. O, bundan əvvəl ölkəmizdə "Zirə"də də çıxış edib.

Xəbər lenti