Prezident açılışda maska taxdı - Foto+Yenilənib

ÖLKƏ
13:20
3 İyun 2020
384

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərə səfərə gedib.

Sabah.az xəbər verir ki, dövlət başçısı Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Prezidentə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

İlham Əliyevin açılış zamanı maskadan istifadə etməsi diqqət çəkib.

***

Daha sonra İlham Əliyev Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

***

Dövlət başçısı daha sonra Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Komplekslə tanışlıqdan sonra Prezident bir qrup idmançı ilə görüşüb.

Xəbər lenti