Biləsuvar sakini kafedə bıçaqlanaraq öldürüldü
09:50
3 İyun 2020
85Biləsuvar rayonunda qətl hadisəsi törədilib.
Sabah.az "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.
İlkin məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib.
Məlumata görə, bıçaq qarın boşluğuna nüfuz edib və R.Rzayev qanitirmədən yerindəcə keçinib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Daha çox