Ronaldo fiziki durumu ilə yenə təəccübləndirdi
İtaliyanın "Yuventus" klubunda bütün futbolçular fiziki testdən keçiblər.
Sabah.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisində testin nəticələrinə əsasən, Kriştiano Ronaldonun göstəriciləri məşqçi heyətini təəccübləndirib. 35 yaşlı hücumçu bütün fiziki göstəriciləri karatindən öncə edilən son testdən və mart ayından daha yaxşı vəziyyətdədir.
Qeyd edək ki, Ronaldo "Yuventus"da məşqlərə başlamazdan əvvəl karantin müddətində Madeyrada qalmış və hazırlıqlarına orada davam etmişdi.
Daha çox