9 və 11-ci siniflərin nəzərinə - DİM məlumat yaydı

ÖLKƏ
23:47
2 İyun 2020
94

IX və XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək.

Sabah.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri DİM-in saytında yerləşdirilib.

“Növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq hər həftənin əvvəli saytımıza yerləşdiriləcək. Bundan sonra imtahan verəcək şagirdlər (abituriyentlər) qrafikə uyğun olaraq öz imtahan tarixini müəyyən edə və buraxılış vərəqələrini çap edə biləcəklər.

Bir daha qeyd edirik ki, hazırda saytımızda yalnız 6 və 7 iyun tarixlərində imtahan verəcək şagirdlərin (abituriyentlərin) imtahan tarixləri və imtahana buraxılış vərəqələri yerləşdirilib.

Növbəti həftə imtahan verəcək şagirdlərin (abituriyentlərin) imtahana buraxılış vərəqələri müvafiq həftənin əvvəlində saytımıza yerləşdiriləcək”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti