Vilayət Eyvazov Malik İbrahimovun yerinə onu gətirdi

ÖLKƏ
21:30
2 İyun 2020
2540

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri, polis polkovniki Malik İbrahimov tutduğu vəzifədən azad edilərək İdarə rəisinin birinci müavini təyin edilib.

Nazirin digər əmri ilə Alay komandirinin müavini, polkovnik-leytenant Raif Süleymanov YPX Alayının komandiri təyin olunub.

Xəbər lenti