Prezident İcra Hakimiyyətinə 6 milyon ayırdı

ÖLKƏ
11:48
2 İyun 2020
123

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sərəncamda deyilir:

1. Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti

09:43 22 Oktyabr 2020
16:13 21 Oktyabr 2020
15:31 21 Oktyabr 2020
15:00 21 Oktyabr 2020
13:27 21 Oktyabr 2020
11:52 21 Oktyabr 2020
11:19 21 Oktyabr 2020
10:23 21 Oktyabr 2020
09:03 21 Oktyabr 2020
17:40 20 Oktyabr 2020