Azərbaycandakı ağır koronavirus xəstələrinin yeni görüntüləri

GÜNDƏM
12:17
2 İyun 2020
156

Azərbaycan Dövlət Televiziyası reanimasiyada koronavirusa görə müalicə olunan xəstələrlə bağlı reportaj hazırlayıb.

Sabah.az xəbər verir ki, hazırda müalicə alan pasiyentlər səhhətlərindən bəhs ediblər.

İnfeksiyaya yoluxan qadın nəfəs ala bilmədiyini, ağır vəziyyətdə olduğunu deyib. O, həyatla ölüm arasında mücadilə apardığını bildirib. Nəfəs almalarında problem yaranmasın deyə az miqdarda su verilən pasiyentlərin tək istəyinin su içmək olduğu vurğulanıb.

Həkimlər isə hazırda infeksiyaya yoluxanların sayının günü-gündən artdığını bildiriblər.

Xəbər lenti