Masallıda maşın kanala aşdı, sürücü öldü

HADİSƏ
09:28
2 İyun 2020
161

Masallı rayonunun Ərçivan kəndində “Lada” markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti