Bakıda yeni polis postu nə vaxt istifadəyə veriləcək? - Video

XƏBƏR
01:51
2 İyun 2020
81

Bakının şimal girişindəki "Ekologiya postu"nun bu gündən söküntüsünə başlanıb. Ərazinin yaxınlığında isə yeni post tikilir.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, sözügedən post yolun genişləndirilməsi üçün nəzərdə tutulan plana uyğun olaraq sökülür.

Sökülən postun yaxınlığında isə müasir görkəmli yeni post tikilib. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, təxminən bir həftədən sonra yeni "Ekologiya postu" istifadəyə veriləcək. Hələlik isə həmin ərazidə təkcə stasionar xidmət aparılmır, eləcə də mobil naryadlar da var. Yəni patrul maşınları da həmin ərazidə xidmətinə davam etdirir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: