Messi qərarını verdi
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi ən azı daha bir il Kataloniya təmsilçisində qalacaq.
Sabah.az ispan mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu bu yay klubunu azad agent kimi tərk etmək hüququ ilə bağlı müqaviləsindəki bəndi aktivləşdirməyib. 32 yaşlı oyunçu bu il mayın 30-na kimi bu hüquqdan istifadə edə bilərdi.
Qeyd edək ki, Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Daha çox